Ağdam rayonunda partlamamış hərbi sursatlar aşkarlanıb.
Bu barədə Unikal.org-a Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən bildirilib. Məlumata görə, 15 İyun 2017-ci il tarixində FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən DİN-in "102" Xidməti-Zəng Mərkəzindən Agentliyə Ağdam rayonun Əhmədağalı kəndi ərazisində partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin kənddə rabitə xəttinin çəkiləcəyi əraziyə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) və 1 ədəd 125 mm-lik tank mərmisi (OF-26)) aşkar edilərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş sursatların ətrafında 9 000 kv.m. əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.