Neftçala sakini sirkə turşusundan zəhərlənib.
Unikal.org report-a istinadən bildirir ki, hadisə rayonun Qədimikənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 18 yaşlı Hədiyyə Aydın qızı Sadıqova evdə ikən su əvəzinə sirkə turşusu içib.
O, təcili yardım maşını ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına
çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra H.Aslanovanın həyatını xilas
etmək mümkün olub.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir.