Tovuz rayonunda iki yaşlı uşaq yanıq xəsarətləri alıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Dönük Qırıqlı kənd sakini, 2015-ci il təvəllüdlü Səkinə Bəxtiyar qızı Əsgərova evdə oynayarkən üzərinə qaynar su tökülüb.
Bədənin 9 faizində 2-ci dərəcəli yanıq xəsarəti alan uşaq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.