Qoç - günün bir çox hadisələri sizdə hiddət yaradacaq. Nəsə etmək mümkün olmadığından, xoşagəlməz fikirlər ovqatınızı korlayacaq. Hisslərinə əsirinə çevrilməyin, tələsik qərarlar verməyin

Buğa - ətrafdakılarla dil tapmaq çox çətindir. Sizin qaşqabaqlılığınız və bədbinliyiniz yaxınlarınızı əməlli-başlı qorxudacaq. Kübar əyləncələr, adamların çox olduğu məclislərə getmək tövsiyə olunmur.

Əkizlər - təbiətdə sakit istirahət, idmanla məşğul olmaq, uzunmüddətli gəzinti üçün münasib gündür. Fiziki yük, nəinki, sağlamlaşdırıcı təsir göstərəcək, həm də özünüzü ələ almaqda yardım edəcək.

Xərçəng - çətin ki, bu gün əhəmiyyətli uğurlar əldə edə biləsiniz. Bədxahlarınız cidd-cəhdlə buna mane olmağa çalışacaqlar. Nəticədə gün çox yorucu və emosional cəhətdən çətin olacaq. Axşama doğru məlum olacaq ki, hətta, ən xırda şeylər də sizi özünüzdən çıxara bilər.

Şir - təhsil, yaradıcılıq və qeyri-adi intellektdən istifadəyə imkan verən digər işlər üçün münasibdir. Əqli iş həm sevinc, həm də nəzərəçarpacaq nəticələr gətirəcək.

Qız - yorucu və çətin gündür. Siz başqasının çiyinlərinizə qoyduğu yükü ləyaqətlə daşıyacaqsınız. Amma get-gedə yükün daha da ağırlaşdığını hiss edəcəksiniz.

Tərəzi - sizi bir qədər əvvəl səmimi bağlılıqlarına əmin edən adamlar deyəsən baxışlarını dəyişiblər: indi onlar özlərini dostdan çox, bədxah kimi aparacaqlar.

Əqrəb - vacib görüşlər təyin etmək tövsiyə olunmur. Bu vaxt əsəbi gərginlik o həddə çatacaq ki, istənilən xırda məsələ sizi tarazlıqdan çıxara bilər. Sevdiyiniz adamla ciddi fikir ayrılıqları mümkündür.

Oxatan - çətin gündür. Çoxlu mübahisə və fikir ayrılıqları yaranacaq. Üstəlik onlar tez bir zamanda ciddi münaqişələrə çevriləcəklər.

Oğlaq - bu gün iş danışıqları aparmaq, nüfuzlu adamlarla, dövlət orqanlarının nümayəndələri ilə görüşmək tövsiyə olunmur. Sənədlərin rəsmiləşdirilməsində problemlər yarana bilər.

Dolça - hüquqi və təşkilati məsələlərinin həlli üçün münasib gün deyil. Yerinə yetirməyin çətin olduğu vədlər verməməyə, yaxşı münasibətləri qorumaq istədiyiniz insanları aldatmamağa çalışın.

Balıqlar - mənfi tendensiyaların təsiri güclü olacaq. Həmkarlarınızla ciddi fikir ayrılıqları yarana bilər. Rəhbərilk sizin hərəkətlərinizi kəskin tənqid edəcək.

Milli.az