Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində intihara cəhd hadisəsi qeydə alınıb.

Unikal.org "Report"a istinadən bildirir ki,1988-ci il təvəllüdlü İbrahimov Heydər Məhərrəm oğlu ailə-məişət zəminində mübahisə edərək bıçaqla qolunu bir neçə yerdən kəsib.

Ailə üzvlərinin köməkliyi ilə o xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma başlanılıb.