Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
"Audi markalı "99-HL-277" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Tarverdizadə Ziya Fərmayıl oğlu yolu keçmək istəyən Masallı rayon sakini, 1987-ci il təvəllüdlü Fərzəliyev Samit Qulam oğlunu vurub. Piyada hadisə yerində keçinib.
Əraziyə Yol və Polis patrul xidmətlərinin əməkdaşları cəlb olunub.
O, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Z.Tarverdizadənin idarə etdiyi "Audi markalı avtomobil isə "cərimə meydançası"na aparılıb.