ARB TV-nin "Gəlin Danışaq proqramının növbəti qonağı xalq artisti Nazpəri Dostəliyeva olub.

Unikal.org xəbər verir ki, xalq artisti yay tətilini harada və necə keçirəcəyindən də söz açıb:

"Hələ planlaşdırmamışam. Ama hər il uşaqlarla gedirəm. Balacalarla, oğullarımla, gəlinlərlə gedirik istirahətə. Yəqin ki, inşallah bir ölkə olacaq. Demək olar ki, bütün ölkələrdə olmuşuq, bütün Avropanı gəzmişik.Deyəsən balaca Dubaya getmək istəyir, amma indi ora isti olar. Ona görə də hələ də dəqiqləşdirməmişik. Amma mən öz rayonlarımızı daha çox sevirəm".