Müğənni Şəbnəm Əsədova (Tovuzlu) "5/5 verilişinin qonağı olub.
Unikal.org xəbər verir ki, aparıcı Zaur Kamal ifaçını yalan danışmaqda günahlandırıb.
Aparıcı ona başqa bir kişinin adını göstərərək "Mənə niyə yalan danışırsan? Bəs deyirdin "Gelenvagenim var? Bunun idi "Gelenvagenin sualını ünvanlayıb.
Ş.Tovuzlu "Onun maşını deyildi. Onda da olub. Amma mənimki indiki həyat yoldaşımın idi. Evin maşını idi. Mən də, o da sürürdük. Satdıq, başqasını alacağıq cavabını verib.
Sənətçi daha sonra sosial şəbəkədə ona ünvanlanan sualları cavablandırıb. O bildirib ki, şəxsi həyatının müzakirə olunması ona qarşı qara piardır:
"Heç kəs məni sevməyə məcbur deyil. Ailə qurandan son 9 ay ərzində mənim üstümə çox gəldilər. Səbəb isə ailəmi gizlətməyim oldu. Mən gizlətmədim, sadəcə ərim efirdə görünməyi sevmir.Deyir,müğənni, idmançı deyiləm ki, efirə çıxım. Məni 100 nəfər sevirdisə, onun 20 nəfərini mətbuat mənə nifrət etdirdi. İnsanları qınamıram, nə oxuyurlarsa, ona inanırlar. Keçmiş həyat yoldaşım keçmişimdə qalıb. Mən artıq xoşbəxtəm, ailə qurmuşam. Bundan kimə nə? Tək Azərbaycanda ikinci dəfə ailə quran müğənni mənəm? Övlad dünyaya gətirən mənəm? Sadəcə olaraq sifarişli yazılardır. Hamısı paxıllıqdan irəli gəlir. Yazılanların heç birinə inanmasınlar.
Bir müddət əvvəl müsahibəsində ərinin hələ də ailəli olduğunu deyən Ş.Əsədova bu dəfə fərqli açıqlaması ilə diqqət çəkib. Şəbnəm ərinin onunla ailə qurmazdan iki il əvvəl boşandığını söyləyib:
"İnstaqramda yazırlar ki, bəlkə əriniz ailəlidir deyə üzə çıxarmırsız? Burdan demək istəyirəm ki, həyat yoldaşım mənlə tanış olmamışdan iki il əvvəl ayrılıb. Bəli, övladlarına baxır. Baxmasa, ona pis yanaşardım, onları mən də çox istəyirəm. Boşanmış biridir, nikahımız olmamışdı. Çünki Rusiya vətəndaşı idi. Vətəndaşlıqdan çıxdı, nikah bağladıq. İnsanlar narahat olmasınlar. Ərim ailəli deyil, boşanmış biridir.