Əməkdar artist Mətanət İsgəndərli nəvəsi Tuncaya iki gün ad günü keçirib.
Unikal.org xəbər verir ki, 8 yaşı tamam olan Tuncay üçün əvvəlcə sinif yoldaşlarının iştirakı ilə məclis təşkil edilib.
Növbəti gün isə ailə birlikdə toplanıb. M.İsgəndərli nəvəsinə bir neçə hədiyyə alıb:
"Tuncay ilk nəvəmdir. Nə istəyir, etməyə çalışıram. Bu dəfə velosiped və skuter aldım. Söz vermişdim ki, birinci sinfi əlaçı bitirsə, istədiklərini alacam. Hər ikimizdə sözümüzün üstündə durduq.(big.az)