ARB kanalında yayımlanan "Ferma realiti-şounun ilk aparıcısı kimi tanınan Yeganə Cansail əməliyyat keçirən zaman ölümlə üzləşib.
Unikal.org xəbər verir ki, yenicağ.az-a açıqlama verən aparıcı əməliyyatdan sonra bir müddət ayılmadığını deyib:
"Bir müddət öncə, burnumdan əməliyyat olundum. Əməliyyatdan sonra ayılmamışam, həkimlər hətta kliniki ölüm keçirtdiyimi deyiblər. Doğrudan da ölümü yaşayıb gəldim. Qaranlıq tunelin sonundakı işığı mən də gördüm. Dünyasını dəyişən babamın mənə "geri qayıt deyə qışqırması hələ də qulaqlarımdadır. Doğrudan da ruhlar aləmi və ölümdən sonrakı həyat var. Bəlkə də indi o dünyadaydım, məni həyata babamın ruhu qaytardı.
Aparıcı ikinci dəfə də əməliyyat olunmalıdır, amma həmin dəhşətli hadisədən sonra buna ürək eləmir:
" Həkimlər yenidən cərrahi müdaxilənin vacib olduğunu deyir, amma çox qorxuram.