Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Unikal.org apa tv-yə istinaən xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində rayonun Potu kəndi ərazisində qeydə alınıb.
 
Göyçay şəhər sakini, 1980-ci il təvəllüdlü Əsgərov Fuad Allahverdi oğlu idarə etdiyi 20 BF 131 dövlət nömrə nişanlı "KamAZ markalı yük avtomobilini yüksək gərginlikli elektrik xəttinin altında saxlayıb. O, elektrik naqilinin avtomobilin ban hissəsinə toxunmasından xəbərsiz olub. Fuad Əsgərov avtomobilin yük yerinin dəmir qapısını açmaq istəyərkən avtomobilə keçən cərəyan onu vurub. O, aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.