ARB-də yayımlanan "Gəlin danışaq" verilişinin bu buraxılışının qonağı qalmaqallı müğənni Şəbnəm Tovuzlu olub.

Unikal.org xəbər verir ki, Şəbnəm Tovuzlu verilişdə maraqlı etiraflar edib.

"Mən ilk dəfə bu verilişdə açıqlayıram ki, Tovuzda doğulmamışam. Heç bir efirdə bu açıqlamanı verməmişəm. Anam və atam tələbə olub. Bakıda ailə qurublar. Mən "Sovetski" də doğulmuşam. 1 yaş 6 aylığa qədər Bakıda böyümüşəm. Anamı 29 yaşında bətnində bir körpə ilə itirmişik. O, dəm qazından dünyasını dəyişib. Anamı Tovuzda dəfn etdilər. 40 gün keçdikdən sonra atam məni Bakıya gətirmək istəyib, amma icazə verməyiblər. Deyiblər ki, cavansan, ailə quracaqsan. Məni xalam böyüdüb".big.az