Rejissor Emil Abdullayev "Bozbash pictures komandası ilə yollarını ayırıb.
Unikal.org xəbər verir ki, rejissor bundan sonra həm serial sahəsində özünü sınayacağını, həm də başqa filmlər çəkəcəyini bildirib.
Aktyor İlkin Həsəni axşam.az-la söhbətində məsələyə münasibət bildirib. İlkin deyib ki, yeni rejissorla işbirliyinə başlamağı planlaşdırırlar:
"Ay Brilliant filmimizdə rejissor Kənan M.M.lə, "Axırıncı yol və "Stalinin başında Emillə çalışdıq. İşbirliyi quranda kiminləsə ömürlük müqavilə bağlamırsan ki... İnsanların seçimləri azaddır. Növbəti filmimizi başqa bir rejissorla çəkmək, fərqlilik etmək istədik.
İ.Həsəni işbirliyinin bitməsinin onların dostluğuna təsir etmədiyini söyləyib:
"Emil mənim kiçik qardaşım, dostumdur. İstəyirik stilimizi dəyişək. Ona görə də başqa rejissorla çalışmalıyıq.
Aktyor avqustdan yeni filmlərinin çəkilişlərinə start verəcəklərini bildirib: