Qusar rayonunda doğma anası tərəfindən zəhərlənərək öldürülən 5 yaşlı Luizanın fotoları yayılıb.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, azyaşlı qız rayonun Hil kəndindəki fermada orada çoban işləyən atası və anası ilə yaşayırmış. Onun anası tərəfindən hansı səbəbdən öldürülməsi tam aydın olmasa da, qadının həmin vaxt anlaqsız vəziyyətdə olduğu, uşağı zəhərləyəndən sonra onu xəstəxanaya aparması üzə çıxıb.
Qeyd edək ki, Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının içdiyi südə zəhərli məhlul qataraq onu öldürüb.
5 yaşlı qızcığazın bəzi fotolarını təqdim edirik.