Mingəçevir şəhərində hamilə qadın özünü maşının altına ataraq intihara cəhd edib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsi ərazisində baş verib.
Belə ki, həmin küçənin sakini, 1993-cü il təvəllüdlü Günel Güloğlan qızı Məmmədova ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən G.Məmmədovanın hamilə olduğu məlum olub: "Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Günel Məmmədova onu müalicə edən həkimə ölmək istədiyini və özünü hərəkətdə olan avtomobilin altına atdığını deyib".
Faktla bağlı araşdırmalara başlanılıb.