Aparıcı Aytəkin Mərdanovanın İnstaqram səhifəsi oğurlanıb.
Unikal.org-un məlumatına görə, axşam.az-a açıqlama verən aparıcı bildirib ki, bunu onu gözügötürməyənlər edib:
"150 minlik İnstaqram səhifəmi oğurlayıblar. Bütün izləyicilərimi, fotolarımı sıfıra endiriblər. Bir çox yerə müraciət etdim, geri qaytarmağa çalışırlar. Amma izləyicilərim sıfırlandığı üçün səhifəni geri almağın heç bir faydası olmayacaq. Ətrafımda uğurlarımı gözügötürməyən o qədər insanlar var ki... Bu da onların işidir, qəsdən ediblər. 150 min izləyicini pul gücünə yığmamışdım. Hamısı real izləyici idi.
A.Mərdanova özünə başqa bir profil yaratdığını söyləyib.