Azərbaycanı 2016-cı ildə "Eurovision" mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli yeni klipi ilə maqazin gündəminə damğa vurub.
Unikal.org xəbər verir ki, gənc ifaçı yutub kanalında "Badminton adlı rus dilində oxuduğu mahnısına çəkilən yeni klipini təqdim edib. Mahnının söz və musiqisi Boqdana aiddir, klipin rejissorluğu isə Fərhad Əliyə həvalə olunub.
Artistin obrazları ilə üzərində stilist Elnur Həsənov çalışıb.
Açıq-saçıq geyimləri ilə müzakirə obyekti olan ifaçı bu dəfə klipindəki ehtiraslı rəqsi ilə gündəmə gəlib. Səmra Rəhimli rəqsi ilə Rusiyanın seks-simvolu sayılan R & B ifaçısı Byankanı kölgədə qoyub. Belə görünür ki, müğənni Azərbaycanın Byankası olmağa iddialıdır.publika.az