Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilən binadan mənzil almaq iddiasında olanların sayı artıb.
Unikal.org-a daxil olan məlumata görə, AzTV-nin əməkdaşı Firuzə Nadir də həmin binadan ev almaq istəyir. Belə ki, o sənədlərin hazırlayaraq, Prezident Administrasiyasına təqdim edib.
Qeyd edək ki, bundan iki ay öncə Baş Dövlət Yol Polisi İdarəsinin yanında yerləşən üçmərtəbəli evini və Günəşlidəki üçotaqlı evini baldızının adına keçirib, hazırda adına daşınmaz əmlakın olmadığını göstərib.
Məlumat üçün onu da bildirək ki, Firuzə Nadir Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlının anasıdır.