Xəbər verdiyimiz kimi, müğənni Səmra Rəhimli ötən gün media nümyəndələrini başına yığaraq yeni klipini təqdim edib.
Unikal.org xəbər verir ki, tədbirdə sənətçinin anası İlahə Baxşıyeva da fotokameralara tuş gəlib.
İ.Baxşıyeva bildirib ki, qızının prodüserliyini edir. O, həm də övladının sponsorluğunu özünün etdiyini söyləyib:
"Səmranın bütün geyimi, obrazı üzərində özüm işləmişəm. Hətta maliyyələşdirən də mənəm. Klipdə yer alan it Səmranındır. Onu özüm çəhrayı rəngə boyamışam.
Qeyd edək ki, İ.Baxşıyeva "Miss Şarm Azərbaycan-2003 müsabiqəsinin qalibi olub.axşam.az