Baş nazir Artur Rasizadə Tovuza yağan güclü dolu nəticəsində evləri ziyan çəkən sakinlərə yardımla bağlı sənəd imzalayıb.
Unikal.org xəbər verir ki, bu barədə Tovuzdan seçilmiş millət vəkili Qənirə Paşayeva məlumat yayıb:
"Əziz Tovuzlular! Sizinlə önəmli bir xəbəri paylaşmaq istəyirəm.
Güclü dolu nəticəsində evlərinin dam örtüyü yararsız vəziyyətə düşən Əlimərdanlı, Xatınlı, Qaraxanlı, Qədirli, Cilovdarlı, Düzcırdaxan,Cəlilli, Mülkülü sakinləri! Bu gün Baş Nazir Artur Rəsizadə Tovuzda evlərinin dam örtüyü güclü dolu nəticəsində yarasız vəziyyətə düşən sakinlərimizə şifer yardımı edilməsi üçün sənəd imzaladı, bunun üçün maliyyə vəsaiti ayrıldı. İnşallah yaxın günlərdə sizə şifer yardımı ediləcək.