Xalq artisti Flora Kərimova əməliyyat olunub.
Unikal.org xəbər verir ki, bu barədə apa-ya oftalmoloq, professor Paşa Qəlbinur məlumat verib. P. Qəlbinur bildirib ki, iyunun 21-də Flora Kərimovanın gözündə cərrahiyyə əməliyyatı aparılıb.
Oftalmoloq qeyd edib ki, xalq artistinin səhhəti ilə bağlı hər hansı narahatlığı yoxdur.