Araz çayının İmişli rayonundan keçən hissəsində boğulan yeniyetmənin cəsədi sudan çıxarılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, İmişli şəhər sakini, 17 yaşlı Bəhruz Qəzənfər oğlu Mahmudovun cəsədi batdığı yerdən təxminən 100 metr aralıda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Bəhruz Məmmədov ötən gün günorta saatlarında Araz çayı üzərindəki körpünün yaxınlığında çimərkən suda boğulub