Bakının Binəqədi rayonunda sərxoş sürücü 7 qonşunun maşınını əzib. 

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə Atatürk prospekti, 65 ünvanında baş verib.

"Hyundai markalı avtomobilin sürücüsü Rasim Kazımov öz avtomobili ilə sərxoş vəziyyətdə evinə gəlib. 

O, binanın həyətində avtomobilini park etmək istəyərkən qonşulara məxsus maşınları əzib. Hadisə nəticəsində 7 avtomobilə ciddi ziyan dəyib. Qonşulardan birinə məxsus "Nissan markalı avtomobil zərbənin gücündən həyətin küçə divarını dağıdıb. Dağılan divar isə yol kənarında dayanmış "Toyota Prado markalı avtomobilin üstünə aşıb.

Hadisəni törədən sürücü Rasim Kazımov xəsarət alıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Sərxoş sürücü əvvəlcə tibbi yardım üçün xəstəxanaya, daha sonra isə polis idarəsinə aparılıb. Rasim Kazımov saxlanılarkən anlaqsız vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.
bakida serxos surucu 7 qonsunun avtomobilini ezib
bakida serxos surucu 7 qonsunun avtomobilini ezib
bakida serxos surucu 7 qonsunun avtomobilini ezib
bakida serxos surucu 7 qonsunun avtomobilini ezib
bakida serxos surucu 7 qonsunun avtomobilini ezib