Ağdaş sakini sirkə turşusu içərək intihara cəhd edib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Pirkəkə kəndində baş verib.
Kənd sakini 1959-cu il təvəllüdlü Nazilə Məhərrəm qızı Məmmədova gecə saatlarında yaşadığı evdə sirkə turşusu içərək həyatına qəsd etmək istəyib.
Yaxınları onu Ağdaş Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırıblar.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N.Məmmədovanın vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.