Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə iyunun 27-də axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Kamran Vaqif oğlu Məmmədov idarə etdiyi "Toyota" markalı minik maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Mingəçevir şəhər sakini Natiq Həmid oğlu Əhmədovu vurub. Ağır xəsarət alan N. Əhmədov hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.