"Bayram günlərində (iyunun 25-dən 28-dək) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 5 müraciət daxil olub.
Unikal.org xəbər verir ki, bu barədə report-a Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
Onun sözlərinə görə, müraciət edən şəxslərdən bir nəfəri ilan sancıb: "Daxil olanlardan ikisi uşaqdır, onlar da dərmandan zəhərlənmə ilə müraciət ediblər.
A.Maqsudov qeyd edib ki, Mərkəzə daha 2 nəfər sərxoş adam gətirilib: "Onlar spirtli içkidən zəhərləniblər.
Şöbə müdiri vurğulayıb ki, daxil olan xəstələrdən 2-si xəstəxanaya qəbul edilib.