Masallı rayonunda sürücü azyaşlını vuraraq hadisə yerindən qaçıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrinin birində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Baxışov Zamiq Əli oğlu yoldan keçərkən onu "Toyoto Prado" markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb. Z.Baxışov ağır xəsarət alaraq Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Hadisəni törədən sürücü Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, xəsarət alan azyaşlının atası Baxışov Əli Masallıda kənd məktəblərinin birində direktor müavini vəzifəsində çalışır.