Bakıda pikapın kuzasından yıxılan şəxs vəfat edib.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu - Mir Cəlal küçəsi 1 ünvanının qarşısıda Vüsal Qasımovun idarə etdiyi "Mitsubishi L200 markalı pikap sərt döngəyə daxil olarkən kuzada olan 31 yaşlı Abuzər Qəhrəmanov müvazinətini saxlaya bilməyib və yolun hərəkət hissəsinə yıxılıb.
Ağır kəllə-beyin travması alan A.Qəhrəmanov Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin həkimlərinə səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.