Salyanda üç uşağın ağır zədələnməsi ilə nəticələnən hadisə baş verib.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, Salyan rayonunun Peyk kəndində Şamaxıdan qonaq gələn 2013-cü il təvəllüdlü Rasim Yunus oğlu Məmmədli, onun bacısı Şahanə Yunus qızı Məmmədli, 2012-ci il təvəllüdlü Osmanova Fatimə Mehdi qızı həyətdə oynayarkən su çəninin altında qalıblar. Bacı-qardaşın vəziyyətinin ağır olduğu bildirilir.

Vəziyyətləri ağır olduğundan onlar paytaxt xəstəxanalarından birinə göndəriliblər.