Bu gün Sumqayıt şəhərində vətəndaşa məxsus bir dam altında tikilmiş ümumi sahəsi 1300 m2olan kafenin və mağazanın yanar konstruksiyaları 350 m2sahədə yanıb.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, digər bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.