Ötən gün Türkiyənin ən məşhur cütlüyü Burak Özçivit ilə Fahriye Evcen evlənib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük dəniz kənarındakı məkanların birində toy ediblər.
Belə ki, onlar məkana qayıqla gəlib. Fahriye məşhur modelyer Raşit Bağzıbağlının imzasını daşıyan gəlinlikdə, Burak isə klassik və modern üslubun qarışığı olan kostyumda qonaqların qarşısına çıxıb.
sosial şəbəkədə izləyicilər Fahriye Evcenin ilk gəlinliyini Neslihan Atagülün toyunda geyindiyi gəlinliyə bənzədilib. O, mərasim ərzində 3 dəfə, Burak isə iki dəfə paltar dəyişib. Həmçinin mərasim zamanı cütlüyün rəqsi və məkana dəniz yolu ilə getməsi də Neslihan və Kemalın toyunu xatırladıb.
Ailə quran cütlük bal ayı üçün Maldiv adalarına yollanıblar.