Gəncədə 6 nömrəli xətt üzrə işləyən marşrut avtobusu qəzaya düşüb. 

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə Bala Bağman qəsəbəsində baş verib.

Belə ki, "Hyundai" markalı sərnişin avtobusu "Qazel" markalı yük maşını ilə toqquşub. Nəticədə avtobusda olan üç sərnişin və yük maşınının sürücüsü xəsarət alıb.

Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.