Ucar rayonunda azyaşlının meyiti ağacdan asılı vəziyyətdə tapılıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Alpı kəndində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Vaqif Aqşin oğlu Quliyevin meyiti yaxınları tərəfindən həyətdəki xurma ağacından asılı vəziyyətdə aşkarlanıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.