Bu gün Xəzər dənizinin Suraxanı rayonuna düşən sahilində - Hövsandakı çimərlikdə batan gənclərdən birinin meyiti tapılıb.
Unikal.org xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, bədbəxt hadisə nəticəsində vəfat etmiş 20-22 yaşlı oğlanın meyiti bu dəqiqələrdəsudan çıxarılıb. Hazırda həmin oğlanla birgə dənizdə batan gənc qadının meyiti axtarılır.
Qeyd edək ki, paytaxtda hava şəraiti nisbətən küləkli keçdiyindən dənizdə dalğalar var və bu, axtarış tədbirlərinə mənfi təsir edir. Gənclərin də dalğaların təsiri nəticəsində suyun dərin hissəsinə gedərək boğulduğu ehtimal edilir.
xxx