Göyçay Rayon Məhkəməsinin sədri vəfat edib.
Unikal.org xəbər verir ki, uzun müddət ürək xəstəliyindən əziyyət çəkən məhkəmə sədri Fərhad Əfəndiyev bu gün Göyçay şəhərində yerləşən mənzilində dünyasını dəyişib.
Faktı Göyçay İcra Hakimiyyətindən də təsdiqləyiblər.
Qeyd edək ki, Fərhad Əfəndiyev 2012 -ci ildən Göyçay Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.