Tovuzda iki yaşlı uşağı zəhərli böcək sancıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayonun Yanıqlı kənd sakini Elxan Vaqif oğlu Hüseynov həyətdə oynayarkən onu zəhərli böcək sancıb.

Uşaq dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.