Xəbər verildiyi kimi, iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və ağır artireliya qurğularından atəşə tutmuşdur. Ermənistan Silahlı qüvvələrinin mülki əhalini hədəf alan hərəkətləri nəticəsində kənd sakini 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olub.
Bu barədə Unikal.org-a açıqlama verən iş adamı, "Avesta Konserninin prezidenti Hacı İbrahim Nehrəmli düşmən təxribatı nəticəsində dinc sakinlərimizin, xüsusən də iki yaşlı Zəhranın qətlə yetirilməsindən sarsıldığını bildirib və buna görə, hər iki mərhumun yaxınlarına və Azərbaycan xalqına baş sağlığı verib.
"Ürəyi Azərbaycanla döyünən hər bir vətəndaşımız kimi, mən də bu hadisədən dərin narahatlıq keçirir və bu günahsız dinc sakinlərin düşmən tərəfindən qətlə yetirilməsini lənətləyirəm. Artıq baş verən hadisə ilə bağlı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tapşırıq və tövsiyyələrini də mətbuatdan oxumuşam. Onlar düşmən təxribatı nəticəsində həlak olan şəxlərin dəfn xərclərini və yaralananın müalicə xərclərinin ödənilməsi ilə bağlı müvafiq qurumlara xüsusi göstərişlərini veriblər. Mən də başda cənab prezident İlham Əliyev olmaqla, Azərbaycan xalqının yanındayam. Cənab prezidentə hər zaman dəstəkçiyəm. Aprel döyüşlərində yeganə Azərbaycanlı iş adamı kimi Ordumuza 50 minlik maddi yardım göstərmişəm. Düşmən təxribatı nəticəsində baş verən bu hadisədə də ən azı mənəvi borcumu yerinə yetirmək üçün iki yaşlı Zəhra və onun nənəsi Sahibə Quliyevanın məzar daşı xərclərini öz üzərimə götürmək istəyirəm. Bunun üçün nə lazımdırsa, edəcəm.
Hacı İbrahim Nehrəmli onu da qeyd edib ki, məzar daşının hazırlanması ilə bağlı müvafiq yerlərlə danışıqlar aparıacaq.