Sabah 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən güllələnməsi ilə əlaqədar yürüş keçiriləcək.
Milli.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən lent.az-a verilən məlumata görə, yürüş çoxsaylı gənclər təşkilatları tərəfindən təşkil edilir. Yürüşə "Bridge Plaza"dan start veriləcək.
Yürüş Minsk qrupunun həmsədr ölkələrinin səfirliklərinin qarşısından keçməklə təşkil ediləcək. Yürüş iştirakçıları saat 11.00-da Rusiya səfirliyinin, 11:20-da ABŞ səfirliyinin, 12:00-da isə Fransa səfirliyinin qarşısından keçəcəklər.
Nazirlik bütün gəncləri aktiv olmağa çağırır.
Qeyd edək ki, Zəhra ötən gecə erməni işğalçılarının Füzulinin Alxanlı kəndini ağır silahlarla atəşə tutması nəticəsində dünyasını dəyişib.