Bu gün Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində salınmış yeni qəsəbəyə 4 ailə köçürülüb.
Unikal.org-un APA-nın Qarabağ bürosuna istinadən məlumatına görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki su təsərrüfatı idarəsinin həyətində və ətraf kənddə məskunlaşmış 4 ailə yola salınıb.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə Cocuq Mərcanlıda 50 mənzil və 100 yerlik məktəb binası tikilib, müvafiq infrastruktur yaradılıb. Yeni salınmış qəsəbəyə ilk mərhələdə 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək.