Azərbaycan Mətbuat Şurası (MŞ) 4 iyulda Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı bəyanat yayıb.
Şuradan Unikal.org-a verilən məlumata görə, MŞ dünyanın media ictimaiyyətinə çağırış edib.
Bəyanatda bildirilir:
"Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinin imzalandığı 1994-cü ildən bu günədək erməni tərəfi bu razılaşmanı daim pozub, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki gərginlik halları, atəşkəsin pozulması faktları zaman-zaman dünyanın media ictimaiyyətinin də diqqət mərkəzində olub.
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində azərbaycanlı mülki şəxslər qətlə yetirilib, xəsarətlər alıb, onların əmlakları dağıdılıb, bir sözlə insan faciələri yaşanıb. Belə faciələrdən biri iyulun 4-də erməni hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində bir daha yaşandı. Quliyeva Sahibə İdris qızı, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak oldular, daha bir mülki vətəndaş Quliyeva Sərvinaz İltifat qızı yaralandı.
Göründüyü kimi, Ermənistan öz terrorçu mövqeyinin nümayişindən çəkinmir, günahsız insanların, ələlxüsus uşaqların qanını tökməkdə davam edir. Sıralarında Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrini, jurnalist təşkilatlarını birləşdirən Mətbuat Şurası bu vandalizm aktını qətiyyətlə pisləyir, dünyanın media ictimaiyyətini Ermənistanın işğalçı və terrorçu mahiyyətini bir daha sübut etməyə çağırır.
Ermənistanın əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüquqa, insan haqlarına və fundamental azadlıqlara açıq həqarətdir, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinə zərbədir. Azyaşlı uşağın partlayıcı qurğu ilə qətlə yetirilməsinə birbaşa terror əməlidir. Mətbuat Şurası üzv olduğu Dünya Mətbuat Şuraları Assosiasiyasını, Avropa Mətbuat Şuraları Alyansını, digər beynəlxalq təşkilatları, o cümlədən jurnalistika sahəsində ixtisaslaşmış bütün xarici qurumları Ermənistanın minlərlə məsum azərbaycanlı uşağın qətlinə səbəb olmuş işğalçılıq siyasətinə biganə qalmamağa səsləyir. Şura hesab edir ki, dünyanın media ictimaiyyətinin hadisə ilə bağlı yüksək həssaslığı yeni insan faciələrinin yaşanmasının qarşısını ala bilər. Mətbuat Şurası həmçinin yerli kütləvi informasiya vasitələrinə də üz tutaraq bu vandalizm aktını geniş, peşəkarlıqla işıqlandırmağa, onun miqyasını özlərinin beynəlxalq tərəfdaşları ilə bölüşməyə, mövcud istiqamətdə daha fəal mövqe tutmağa çağırır.
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.