Mingəçevir su anbarında 1 nəfər batarkən xilas edilib.
Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.