"Neftçinin müdafiəçisi Elvin Bədəlov klubla yollarını ayırıb.
Unikal.org xəbər verir ki, bu barədə 22 yaşlı futbolçu özü klubun rəsmi saytına açıqlamasında deyib.
Bədəlov karyerasını ölkə xaricində davam etdirəcəyini söyləyib: "Məzuniyyətdən qayıdandan sonra klub rəhbərliyi yeni müqavilə təklif etdi. Buna görə onlara minnətdaram. Amma pararlel olaraq, daha doğrusu, "Neftçi ilə müqaviləm başa çatandan sonra menecerim mənə yeni klub axtarırdı. Yerli klublardan, eləcə də Avstriyadan təkliflər var idi, amma mən ölkə xaricində oynamaq qərarına gəldim. Klub rəhbərliyi ilə danışdım, şərtlər məni qane etdi və razılıq verdim. Legioner həyatı yaşamaq mənim üçün yeni təcrübə olacaq. "Neftçiyə minnətdaram, bu komandada 3 il oynadım. Bu mənim üçün böyük şərəf, böyük təcrübə oldu. Çalışdığım məşqçilərə təşəkkür edirəm. Hər birindən nələrsə öyrəndim. Ümid edirəm ki, nə vaxtsa Azərbaycana qayıdıb, yenidən "Neftçidə oynayacağam.
Qeyd edək ki, Elvin Bədəlovun Avstriyanın Şərq Regional Liqasında çıxış edən "Qarabağ Vyanaya keçidi gözlənilir.