Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "İmişli" 2 futbolçusu ilə müqavilə müddətini uzadıb.

Klubdan "Unikal"a verilən məlumata görə, Elmir Rəhimzadə ilə birillik, Lətif Rzayevlə isə 2 illik yeni sözləşmə bağlanıb.

Qeyd edək ki, hər iki futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.