Növbəti mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Karvan" yeni transferini açıqlayıb.
"Unikal" xəbər verir ki, Yevlax təmsilçusu Şri Lanka millisinin üzvü Samuel Durrantı heyətinə cəlb edib.
23 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Samuel karyerasına İngiltərənin “Liverpul” klubunda başlayıb. Daha sonra “Blakbörn”, “Dundalk” və “Connahs Quay” klublarında forma geyinib.
Qeyd edək ki, Durrant Şri Lanka millisində 7 oyun keçirib.