Xaçmazda ağır cinayət baş verib.
Unikal.org xəbər verir ki, Hadisə bu gün səhər saatlarında rayonun Qusarçay kəndində baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakinləri Məhərrəm Hacıyev və Məzahir Mustafayev həmkəndliləri Bəxtiyar Umarov tərəfindən bıçaqlanıblar. Məhərrəm Hacıyev aldığı xəsarətlərdən ölüb. Məzahir Mustafayev isə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Hadisə ilə bağlı rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Cinayəti törədən Bəxtiyar Umarovun ruhi xəstə olduğu deyilir.
Qeyd edək ki, hadisə ilə bağlı bu gün səhər unikal.org-da məlumat vermişdik. Hadisə nəticəsində Qusarçay kənd sakini, 1978-ci il təvəlüdü Hacıyev Məhərrəm Pirəmməd oğlu ölüb, 1976-cı il təvəllüdlü həmkəndlisi Mustafayev Məzahir Şabəddin oğlu isə yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. O xəstəxanaya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub.
Xəstəxanadan "Report"a verilən məlumata görə, hazırda yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.