Ağdamda 48 yaşlı kişi intihara cəhd edib.
Unikal.org bildirir ki, APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Əfətli kəndində baş verib.
Kənd sakini Səfərov Elşad Əfqan oğlu həyətində özünə odlu silahla atəş açaraq intihara cəhd edib. Yaxınları E. Səfərovu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, hazırda E.Səfərov cərrahiyyə şöbəsində əməliyyat olunur, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.