Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi zamanı dövlət orqanlarında yol verilmiş pozuntular açıqlanıb.
Unikal.org-un xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Vüqar Əsgərov bildirib ki, əsasən yerli məhkəmə orqanlarında staj və sınaq müddətinə riayət edilmir.
O deyib ki, dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmə halları var: "Bundan başqa, Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminə məlumatların vaxtında tam və dəqiq daxil edilməməsi, ilk və növbəti ixtisas dərəcələrinin verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməməsi, Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminə daxil edilmiş məlumatlarla dövlət qulluqçusunun əmək kitabçasına daxil edilmiş məlumatların uyğunsuzluq təşkil etməsi halları da aşkarlanıb.