Nardaran qəsəbəsinin sakinləri silah-sursatlarını polisə təhvil veriblər.
Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakinləri - əvvəllər məhkum olunmuş Pərviz Atakişiyev müvafiq sənədləri olmayan "İJ-58" markalı ov tüfəngini, Aydın Kazımov isə 1 ədəd "F-1" markalı qumbaranı 42-ci Polis Bölməsinə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.