"Bizi ağır oyun gözləyir. "Qarabağ"ın yüksək səviyyəli klub olduğunu bilirik. Rəqib davamlı olaraq Avropa turnirlərində iştirak edir.
Bunu Gürcüstan təmsilçisi "Samtredianın kapitanı Giorgi Datunaşvili "Qarabağa qarşı Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu ərəfəsində "Adjara Sporta deyib.
32 yaşlı yarımmüdafiəçi bildirib ki, Bakıda uduzmamaq üçün əllərindən gələni edəcəklər. O, ən pis halda səfərdən heç-heçə ilə dönmək niyyətində olduqlarını söyləyib: "Nəticənin yaxşı olması üçün mümkün qədər səy göstərəcəyik. Çalışacağıq ki, qalib gələk və ya heç-heçə edək.
2017/2018 avrokubok mövsümündə Gürcüstan təmsilçiləri "Çixura, Batumi "Dinamosu və Kutaisi "Torpedosunun Avropa Liqasının I təsnifat mərhələsində mübarizəni dayandırdıqlarına diqqət çəkən Datunaşvili uğursuzluq zolağından çıxmaq istədiklərini deyib: "Təəssüf ki, Gürcüstanın bütün klubları Avropa Liqasının I mərhələsində mübarizəni dayandırdılar. Ümumiyyətlə, son illər komandalarımız avrokuboklarda yaxşı təsir bağışlamırlar. Bu tendensiyanı aradan qaldırmağa çalışacağıq. Ən yaxşı oyunlarımdan birini keçirəcəyimə söz verirəm.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Samtredia" matçı saat 21:00-da başlayacaq.