Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin iyun ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqÂsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaÂya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən unikal.org-a verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılmış, onların 22 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Tacikistan, 2 nəfəri Banqladeş, hər ölkədən 1 nəfər olmaqla Gürcüstan, Ukrayna, Türkiyə, Pakistan, Qazaxıstan və Konqo vətənÂdaşları olÂublar.
Sərhəd rejim qaydalarını pozarkən 1151 halda 1522 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
CinaÂyətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində AzərÂbaycan ResÂpublikası hüquq-mühafizə orqanları tərəfindən axtaÂrışda olan 398 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 95 kq 740,8 qram narkotik maddə aşkar edilərək götürülÂüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həÂyaÂta keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqÂribən 4 milyon 579 min 256 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd qaz tapançası, 2 ədəd ov tüfəngi, 174 000 ABŞ dolları, 7 kq əridilmiş qızıl külçə, 4870 qram gümüş, 148 045 ədəd zəli, 5 ədəd qayıq, 5293 qutu pirotexniki vasitə, 13720 qutu siqaret, 268 ədəd mobil telefon, 1012 ədəd müxtəlif növ dərman prepaÂratları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqaÂmətində tədbirlər davam etdirilir.